Bank Of Baku

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 123 mln. tona çatıb

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 123 mln. tona çatıb
# 13 iyul 2010 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayı ərzində 3,28 mln. ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da cari ilin may ayı ilə müqayisədə 6,3% az, ötən ilin iyun ayına nisbətən isə 9,3% çoxdur.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Ceyhan limanından dünya bazarlarına 18,3 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb və ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 4,4% artıb.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri istismara verilən gündən 2010-cu ilin iyul ayının 1-ə qədər Ceyhan limanından 122,9 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında istifadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (onun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1 077 km-i isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü 50 mln. ton təşkil edir.

Xatırladaq ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «İtoçu» (3,4%), «Inpex» (2,5%), «KonokoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR