Bank Of Baku

Gürcüstandakı «SOCAR» brendli yanacaqdoldurma stansiyalarının sayı 37-yə çatdırılıb

Gürcüstandakı «SOCAR» brendli yanacaqdoldurma stansiyalarının sayı 37-yə çatdırılıb
# 13 iyul 2010 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə müəssisəsi «SOCAR Georgia Petroleum» MMC Gürcüstanda «SOCAR» brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu gün daha 3 yeni, muasir standartlara cavab verən YDM istifadəyə verilib. YDM-lər Gürcüstanın Qori şəhərində, Kutaisi rayonunun Kvitiri qəsəbəsində və Xaşuri rayonunda açılıb. Yeni məntəqələrin istismara buraxılması ilə Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-yə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR