Bank Of Baku

Bu il Balakəndə 872 mənzil təbii qazla təmin edilib

Bu il Balakəndə 872 mənzil təbii qazla təmin edilib
# 13 iyul 2010 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Balakən rayonunda 2009-cu ilin 2-ci yarısında və 2010-cu ilin ilk 5 ayı ərzində əhalinin fasiləsiz və keyfiyyətli qaz təchizatının təmin edilməsi üçün kompleks tədbirləri həyata keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Balakən rayonunun şimal hissəsinin qaz təminatını yaxşılaşdırmaq məqsədilə Füzuli küçəsi dalan 2-dən Heydər Əliyev prospektini keçməklə Füzuli küçəsindəki orta təzyiqli qaz kəmərinə qədər 200 metrlik qaz xətti çəkilib.

Ötən ilin ikinci yarısında 340, 2010-cu ilin 5 ayı ərzində isə 532 abonentə qaz sayğacları quraşdırılıb və ümumilikdə 872 mənzil təbii qazla təmin edilib. Bununla yanaşı, qazpaylayıcı stansiyadan Balakən rayonuna daxil olan qaz xətti təmir edilib, şəhərdaxili qaz xətləri və qaztənzimləyici şkaflar dəyişdirilərək yeniləri ilə əvəz edilib.

Qeyd edək ki, 2010-cu ilin mart ayından başlayaraq «Azəriqaz» tərəfindən Balakənin Katex kəndində qaz xətləri çəkilişinə başlanıb, iyunun 1-nə qədər müxtəlif diametrli 35 min metr uzunluğunda xəttin inşası həyata keçirilib və istismara hazır vəziyyətə gətirilib. Hazırda rayon ərazisində əhalinin qazla təmin edilməsi və qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR