Bank Of Baku

“Azərenerji” Beynəlxalq “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Standartının tətbiqinə başlayıb

“Azərenerji” Beynəlxalq “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Standartının tətbiqinə başlayıb
# 13 iyul 2010 15:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azərenerji” ASC və onun tabeçiliyində olan müəssisələr “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Beynəlxalq Standartının tətbiqinə başlayıb.

“Azərenerji”dən “APA-Economics”ə verilən məlumata görə, yeni standartın tətbiqi ölkənin enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etməyə, təchizat sistemlərinin dayanıqlı işləməsi ilə yanaşı, onları davamlı təkmilləşdirməyə, istehlakçıların tələbatını tam təmin etməyə və xarici bazarda etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirməyə imkan verəcək.

“ISO 9001:2008” Beynəlxalq Standartın tələblərindən irəli gələn digər prinsiplər təşkilatın fəaliyyətinin ona uyğunlaşdırılması və davamlı inkişafın təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların elektrik enerjisinə olan tələbatlarını fasiləsiz təmin edərək, onlara göstərilən xidmətlərin keyfiyyətinin davamlı artırılması prosedurudur.

Bu prosesdə əsas prinsiplərdən biri də ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sisteminin daim təkmilləşdirilməsini təmin etmək məqsədilə həmin sistemin rəhbərlik tərəfindən davamlı nəzarət və təhlil edilməsidir.

Səhmdar Cəmiyyətinin rəhbərliyi “Keyfiyyət üzrə Siyasət”in işçi heyətinin diqqətinə çatdırılması, bütün əməkdaşlar tərəfindən həyata keçirilməsi, onun tələblərinə əməl edilməsi və təkmilləşdirilməsini layiqincə təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR