Bank Of Baku

Qazaxıstan ixrac olunan xam neft və neft məhsullarına gömrük rüsumunu bərpa edəcək

Qazaxıstan ixrac olunan xam neft və neft məhsullarına gömrük rüsumunu bərpa edəcək
# 13 iyul 2010 16:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Qazaxıstan hökuməti ixrac olunan xam neft və neft məhsullarına gömrük rüsumunu yenidən tətbiq etmək niyyətindədir.

«APA-Economics»in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən qərar layihəsi hazırda Qazaxıstan Nazirlər Kabinetində baxılır. Qətnaməyə əsasən, ixrac olunan xam neftin hər 1 tonuna görə 20 ABŞ dolları (böhrandan öncəki vaxtdan 10 dəfə az) gömrük rüsumunun tətbiqi nəzərdə tutulub.

Bundan başqa, qərar layihəsində açıq rəngli neft məhsullarının hər tonuna görə tutulan rüsum 99,71 dollar, tünd rəngli məhsullarının hər tonuna görə isə 66,47 dollar təşkil edəcəyi gözlənilir.

Qətnamənin onun təsdiqindən bir ay müddətindən sonra qüvvəyə minəcəyi gözlənilir. İlkin hesablamalara əsasən, yeni qərarın tətbiqindən sonra əldə olunan gömrük rüsumunun həcmi 400 mln. dollar təşkil edəcək.

Qeyd edək ki, ilk dəfə Qazaxıstan ixrac olunan xam neft və neft məhsullarına gömrük rüsumunu 2008-ci ilin may ayında (hər tonuna görə 109,91 dollar) tətbiq edib. Daha sonra ölkə hökuməti bu rüsumu 203,8 dollara yüksəldib. Lakin 2009-cu ilin yanvar ayında dünya bazarlarında neftin qiymətinin ucuzlaşması səbəbindən rüsumu 139,8 dollara aşağı salmağı planlaşdırıb. Nəticədə ixrac olunan xam neft və neft məhsullarına gömrük rüsumu ləğv olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR