Bank Of Baku

Bakıda alternativ və bərpa olunan enerji mənbələri sahəsinə dair beynəlxalq konfrans keçirilir

Bakıda alternativ və bərpa olunan enerji mənbələri sahəsinə dair beynəlxalq konfrans keçirilir
# 14 iyul 2010 08:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd edib ki, hazırda dünyada iki növ alternativ enerjidən istifadə olunur. Bunlardan biri təbii, digəri isə süni yolla alınır: «Təbii yolla alternativ enerji günəş və küləkdən, süni yolla isə sözügedən enerji əsasən kənd təsərrüfatı məhsullarından alınır. Hazırda dünyada süni yolla alınan alternativ enerjinin payı ümumi enerji sektorunda 17% təşkil edir və bu rəqəm getdikcə artmaqda davam edir».

Tədbirdə çıxış edən və Azərbaycanın karbohidrogen tarixindən danışan ölkənin sənaye və energetika nazirinin müavini Natiq Abbasov qeyd edib ki, ötən il Azərbaycanda 50 mln. ton neft və 23 mlrd. kubmetr təbii qaz hasil olunub: «Bu il ərzində ölkədə 52 mln. ton neft və 30 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir».

Azərbaycanın elektrik enerjisi sahəsində danışan nazir müavini onu da bildirib ki, hazırda Azərbaycan ölkənin daxili tələbatını tam ödəyir: «Hazırda Azərbaycanda elektrik enerjisi sahəsində generasiya gücü 1 000 mVt təşkil edir. Alternativ enerjinin potensialı isə təkcə küləkdən 800 mVt həcmində qiymətləndirilir ki, bu da 2,4 mlrd. kVt/saat elektrik enerjisi, öz növbəsində bu da 1 ton şərti yanacağa qənaət deməkdir».

Qeyd edək ki, tədbirdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, AMEA, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər beynəlxalq qurumların nümayəndələri iştirak edərək məruzələr oxuyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR