Azərbaycanda yaradılacaq müdafiə təyinatlı məmulatların seriyalı istehsalına dair 42 mln. manatlıq müqavilələr imzalanacaq
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, 2010-cu ilin ilk altı ayında müdafiə təyinatlı məmulatlara dair bağlanmış müqavilələrin həcmi 61,1 miln. manat təşkil edib və ilin sonunadək əlavə olaraq daha 42 mln. manat məbləğində müqavilələrin bağlanması planlaşdırılır: «Bununla da müdafiə təyinatlı məmulatların 2010-cu il üçün istehsal həcmi 103 mln. manata çatdırılacaq. Bu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artıb».
Y.Camalov onu da qeyd edib ki, bu il proqrama uyğun olaraq 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulub ki, bu da 241 mərhələni əhatə edəcək: «Hesabat dövründə həmin mərhələlərdən 15-i yerinə yetirilib və 19-u başa çatmaq üzrədir. Digərləri üzərində işlər davam etdirilir. Eyni zamanda mövzular üzrə taktiki-texniki tapşırıqlar işlənilir, atıcı və artilleriya silahlarının, döyüş sursatlarının, optik cihazların sınaqlarının keçirilməsi üçün hazırlıq işləri aparılır».
Nazir həmçinin qeyd edib ki, 2010-cu ildə 413 adda müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub ki, bu da 2009-cu ildə istehsal olunan məmulatların sayından 1,2 dəfə çoxdur: «Hazırda bağlanmış müqavilələrin tam həcmdə yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu ildə əsasən müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulub».
Y.Camalov onu da bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyi 60-dan çox ölkə ilə əməkdaşlıq edir və məhz bu əməkdaşlıq nəticəsində qısa müddət ərzində nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir: «Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2009-cu ildə 2,8 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılıb».
Xəbər Lenti
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri