Bank Of Baku

Bu il Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı ilə məşğul olacaq 8 yeni müəssisə istifadəyə veriləcək

Bu il Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı ilə məşğul olacaq 8 yeni müəssisə istifadəyə veriləcək
# 14 iyul 2010 10:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, cari ilin ilk altı ayı ərzində dövlət müdafiə sifarişi proqramının icrası ilə bağlı nazirliyin tabeliyində olan müəssisələrdə müdafiə təyinatlı məmulatların istehsal sahələrinin yaradılması məqsədilə “Sənayecihaz” elmi müəssisəsində, “Telemexanika” zavodunda və “Araz” zavodunda 2009-cu ildə başlanmış işlər davam etdirilib: «Yeni layihələrin, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir. Bütünlükdə 2010-cu ildə 10 obyektdə tikinti və yenidənqurma işləri aparılır ki, onlardan da 8-i bu il istifadəyə veriləcək».

Y.Camalov onu da bildirib ki, aparılan marketinq işləri nəticəsində 535 ədəd dəzgah və avadanlığın alınması üçün kontraktların bağlanması istiqamətində işlər yekunlaşdırılıb, qrafik üzrə avadanlığın alınıb gətirilməsinə başlanıb: «Bu ilin dövlət müdafiə sifarişi proqramında güc strukturlarının sifarişi əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5 200 ədəd atıcı silah, zirehli texnika və digər müdafiə təyinatlı məmulatların təmiri, 321 min ədəd müxtəlif növ əmlakın isə utilizasiyası nəzərdə tutulub ki, bu istiqamətdə də işlər davam etdirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR