Bank Of Baku

Azərbaycan Polşa və CAR-da keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edəcək

Azərbaycan Polşa və CAR-da keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edəcək
# 14 iyul 2010 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Polşada və Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, artıq ikinci ildir ki, Azərbaycan müəssisələrində istehsal olunan məhsullar xarici ölkələrdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir. Belə ki, Azərbaycan ötənilki İstanbul (Türkiyə) sərgisində 27 adda məmulatla iştirak etdiyi halda, bu ilin mayında Əmmanda (İordaniya) keçirilən sərgidə nazirlik tərəfindən 55 adda məmulat nümayiş etdirilib: «Cari ilin sonunadək Polşa və CAR-da keçiriləcək beynəlxalq sərgilərdə iştirak etmək planlaşdırılır. Ümumiyyətlə, müdafiə sənayesi sahəsində keçirilən sərgilərdə daimi iştirakçı olmağı qarşımıza məqsəd qoymuşuq. Biz bununla Azərbaycanın hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, güclü müdafiə sənayesinin mövcudluğunu göstəririk».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR