Bank Of Baku

Azərbaycan neft hasilatını artıb, qaz istehsalını isə azaldıb

Azərbaycan neft hasilatını artıb, qaz istehsalını isə azaldıb
# 14 iyul 2010 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısı ərzində Azərbaycanın sənaye sahəsində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin birinci yarısı ilə müqayisədə 3,5% çox və ya 14,2 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 77,5%-i mədənçıxarma bölməsində, 17,2%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. Ötən ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 2,1%, emal bölməsində 5,2%, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 2,9%, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 3,1% artıb.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 2,1% artaraq 25,3 mln. ton, əmtəəlik qaz hasilatı isə 3,6% azalaraq 8,5 mlrd. kubmetr təşkil edib. Ümumiyyətlə, bu il üçün Azərbaycanda 52 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılıb.

Emal sektorunda qida məhsulları istehsalı 2,5%, içki istehsalı 9,2%, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 3%, neft məhsulları istehsalı 9,7%, kimya sənayesi məhsulları istehsalı 55,2%, rezin və plastik məmulatlar istehsalı 15,5%, metallurgiya sənayesi məhsulları istehsalı 39,4%, hazır metal məmulatları istehsalı 1%, elektrik avadanlıqları istehsalı 36,4%, maşın və avadanlıqların istehsalı 98,1%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 42,4 dəfə artıb.

İlin ilk yarısında 9,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.

Sənayenin neft sektorunda məhsul istehsalı 2,4%, qeyri-neft sektorunda 15,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR