Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsal qiymətləri iyunda 5% ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsal qiymətləri iyunda 5% ucuzlaşıb
# 14 iyul 2010 15:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda sənaye məhsullarının istehsal qiymətləri əvvəlki aya nisbətən 4,8% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 7,1% azalıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,9% artıb.

Emal sənayesində istehsalçı qiymətləri mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 11,9%, kağız və karton istehsalı üzrə 5,6%, rezin və plastmas məmulatların istehsalı üzrə 3,5%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 3%, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 2,6%, içki istehsalı üzrə 1,6%, qida məhsullarının istehsalı üzrə 0,5%, kimya sənayesi və digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1% bahalaşıb. Maşın və avadanlıqlardan başqa, hazır metal məmulatların istehsalı üzrə 0,6%, mebellərin istehsalı və toxuculuq sənayesi üzrə 0,2%, metallurgiya sənayesi üzrə isə 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR