Bank Of Baku

Etilen-Polietilen Zavodunun “Buxar-8” qovşağında aparılan təmir işləri başa çatıb

Etilen-Polietilen Zavodunun “Buxar-8” qovşağında aparılan təmir işləri başa çatıb
# 15 iyul 2010 08:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun “Buxar-8” qovşağında «EP-300» kompleksinin əsas texnoloji sahələrindən olan piroliz sexindəki sobalarda ziqzaqvari boruların təmiri, benzinin, etanın, həmçinin su buxarının nəql olunduğu boru xətlərinin demontaj olunaraq, bütünlüklə dəyişdirilməsi ilə istehsalatın bu sahəsində ilkin əsaslı təmir işləri başa çatdırılıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, işlər 7 gün ərzində yerinə yetirilib. Hazırda müəssisənin qazayırma sexində də intensiv təmir işləri aparılır. Burada uzun müddət istismara yararsız olan T-66 markalı istidəyişdiricinin və digər aparatların təmiri və yenisi ilə əvəz edilməsi üzrə işlər uğurla davam etdirilir.

Qeyd edək ki, hazırda 60-a yaxın briqadanın, ümumilikdə isə 400 nəfərə yaxın təmirçi və mütəxəssisin cəlb olunduğu əsaslı təmir işləri qrafik üzrə və keyfiyyətlə, hər bir işçi tərəfindən təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməklə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR