Bank Of Baku

ABƏŞ neft hasilatını 3% artırıb, qaz hasilatını isə 4% azaldıb

ABƏŞ neft hasilatını 3% artırıb, qaz hasilatını isə 4% azaldıb
# 15 iyul 2010 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk altı ayı ərzində Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi 11 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-iyun aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan müəssisələr tərəfindən 21,1 mln. ton neft və 5,3 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə neftin hasilatı 2,8% artıb, qazın hasilatı isə 4% azalıb.

Bununla yanaşı, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-iyun aylarında 1 072,7 min ton çınqıl, qırma daş, xırda çay daşı, 505,5 min ton tikinti qumu, 162,6 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib. Duzun hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% çoxalaraq 2,3 min ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR