Bank Of Baku

Azərbaycan qızılın hasilatını azaldıb

Azərbaycan qızılın hasilatını azaldıb
# 15 iyul 2010 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycanda hasil olunan qızılın həcmi may ayı ilə müqayisədə 20,3% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təkcə iyun ayında Azərbaycanda 122 kq qızıl çıxarılıb, halbuki may ayında bu göstərici 153 kq təşkil edib. Cari ilin yanvar-iyun aylarında isə ölkədə hasil olunan qızılın ümumi həcmi 797 kq təşkil edib.

Qeyd edək ki, Azərbaycanda qızılın hasilatına Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən 2009-cu ilin may ayında başlanılıb.

Xatırladaq ki, ötən gün NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 207 dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR