Bank Of Baku

Azərbaycandan magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artıb

Azərbaycandan magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artıb
# 15 iyul 2010 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 23,9 mln. ton və ya ötən ilin analoji dövründəkindən 3,6% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 18,2 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-iyun ayları ilə müqayisədə bu göstərici 2,1% azalıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 9 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% çox qaz nəql edilib. Nəql edilmiş qazın 29,6%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 2,7 mlrd. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,9% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR