Bank Of Baku

«Deutsche Bank» ARDNŞ-ın layihələrinə maraq göstərir

«Deutsche Bank» ARDNŞ-ın layihələrinə maraq göstərir
# 16 iyul 2010 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Almaniyanın «Deutsche Bank»ının İdarəetmə Şurasının üzvü və Müşahidə Şurasının sədri Yurgen Fitşhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev ARDNŞ ilə «Deutsche Bank» arasında səmərəli əməkdaşlıq münasibətləri qurulduğunu bildirib, dünyada yaranmış iqtisadi böhran zamanı da beynəlxalq maliyyə institutlarının Azərbaycanda həyata keçirilən layihələrə maraq göstərdiklərini qeyd edib. R.Abdullayev ARDNŞ-ın inkişaf strategiyası, həyata keçirdiyi proqramlar və gələcək planları haqda qonaqlara məlumat verib və bildirib ki, ARDNŞ alman şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda işləməsinə önəm verir.

Öz növbəsində Y.Fitşhen «Deutsche Bank»ın ARDNŞ-da həyata keçiriləcək layihələrə böyük maraq göstərdiyini vurğulayaraq qeyd edib ki, ARDNŞ ilə əməkdaşlıq imkanları genişdir və təmsil etdiyi bank gələcəkdə də bu əməkdaşlığı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, 2009-cu ildə «Deutsche Bank» ARDNŞ-a 80 mln. ABŞ dolları məbləğində girovsuz kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR