Bank Of Baku

«Azərikimya» İB-nin müəssisələrinə gedən magistral yolda təmir işlərinə başlanılıb

«Azərikimya» İB-nin müəssisələrinə gedən magistral yolda təmir işlərinə başlanılıb
# 17 iyul 2010 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərkimiya» İstehsalat Birliyi Sumqayıtdan H.Z.Tağıyev qəsəbəsinə gedən magistral yolun Etilen-polietilen və Üzvü sintez zavodları istiqamətində olan hissəsində təmir işlərinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təmir zamanı yolun 1 km-ə qədər hissəsinin asfalt örtüyü tamamilə dəyişiləcək, 2 min kubmetr sahədə isə təmir-bərpa işləri görüləcək.

Təmir işlərinə 12 ədəd müxtəlif profilli texnika cəlb olunub, qısa müddət ərzində 9 min kubmetr sahəni əhatə edən köhnə asfalt örtüyü lazımi dərinlikdə qazılaraq götürülüb. Asfalt döşənəcək bütün sahədə təmizləmə-hazırlıq işləri artıq başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR