Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın depozit portfeli son bir ildə 2,2 dəfə artıb

«Azərbaycan Sənaye Bankı»nın depozit portfeli son bir ildə 2,2 dəfə artıb
# 19 iyul 2010 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu iyul ayının 1-nə 111,002 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 74% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,2 dəfə genişlənərək 77,524 mln. manat, o cümlədən əhalinin əmanətləri 3,3 dəfə artaraq 13,467 mln. manat, kredit portfeli 2 dəfə artaraq 78,574 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 3,8 dəfə artaraq 39,899 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 47% artaraq 25 mln. manata, o cümlədən nizamnamə kapitalı 73% artaraq 22,114 mln. manata, işçilərinin sayı isə 13,7% artaraq 149 nəfərə çatıb.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 21% artaraq 5,664 mln. manat, xərcləri isə 47% artaraq 5,366 mln. manat olub. Nəticədə bu ilin yanvar-iyun aylarında bankın əldə etdiyi mənfəətin həcmi 268 min manat olub.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 23 bankomatı və 249 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR