BP-nin Meksika körfəzindəki ekoloji fəlakətlə bağlı xərcləri 4 mlrd. dollara çatıb
19 iyul 2010 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş verən neft axınının nəticələrinin aradan qaldırılmasına bu günədək 3,95 mlrd. ABŞ dolları xərcləyib.
«APA-Economics»in məlumatına görə, şirkətin mətbuat üçün yaydığı açıqlamada bildirilir ki, bu məbləğ qəza baş verən quyudan sızmanın qarşısının alınmasına, dağılmış neftin yığılmasına, sahilyanı ABŞ ştatlarına xüsusi qrantlar ayrılmasına, məhkəmə iddiaları üzrə ödənişlərə və ABŞ hökumətinin qəza ilə bağlı xərclərinin qarşılanmasına sərf olunub.
Bu günədək BP-yə qarşı 116 min iddia qaldırılıb. Bu iddialardan 67,5 mini üzrə şirkətin ödənişi 207 mln. dollar olub. Bununla belə, şirkətdə hesab edirlər ki, hələlik yekun maliyyə hesabatları barədə danışmaq hələ tezdir. Hazırda Meksika körfəzində 43 min insan, 6,5 min gəmi və onlarla təyyarə çalışır.
Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.

Sənaye və energetika
Azərbaycan nefti ucuzlaşıb
10:31
4 may 2024
Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb
09:12
4 may 2024
Elsevər Rüstəmli: Tarif Şurasının yeni qərarı elektrik şəbəkəsinə qoşulmada şəffaflığı təmin edəcək
19:25
3 may 2024
Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı yeni mexanizmə ehtiyac var idi
18:37
3 may 2024