Bank Of Baku

ARDNŞ-a yeni vitse-prezident təyin olunub

ARDNŞ-a yeni vitse-prezident təyin olunub
# 20 iyul 2010 07:18 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, dövlət başçısının sərəncamına əsasən Tofiq Ridvan oğlu Qəhrəmanov ARDNŞ-ın strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Bundan başqa, ARDNŞ-ın baş ofisində yeni yaradılmış İnformasiya texnologiyaları Departamentinin rəisi vəzifəsinə İlham Tağı oğlu Aslanov, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsinə isə Ədnan Azər oğlu Əhmədzadə təyin olunub.

Qeyd edək ki, Tofiq Ridvan oğlu Qəhrəmanov 1953-cü ildə anadan olub, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib. Əmək fəaliyyətinə Yeni Bakı Neftayırma Zavodunda mühəndis vəzifəsində başlayan T.Qəhrəmanov 1980-1983-cü illərdə zavodun komsomol komitəsinin katibi, 1983-1990-cı illərdə Nizami rayon və Bakı şəhər Partiya komitəsində təlimatçı vəzifələrində çalışıb, 1990-1998-ci illərdə isə Yeni Bakı Neftayırma Zavodunun direktor müavini, 1998-2006-cı illərdə «Azərneftyanacaq» Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda İqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi, 2006-2007-ci illərdə ARDNŞ aparatında Emalın strateji inkişafı şöbəsinin rəisi işləyib, 2007-ci ildə isə ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR