Bank Of Baku

ARDNŞ-ın təqaüdçüsü olmuş məzunlar şirkətdə işlə təmin olunublar

ARDNŞ-ın təqaüdçüsü olmuş məzunlar şirkətdə işlə təmin olunublar
# 20 iyul 2010 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov ali məktəblərin magistratura pilləsini ARDNŞ-ın təqaüdü ilə bitirən 6 məzunla görüşüb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə X.Məmmədov təqaüdçü-məzunların hər birinin təhsil nailiyyətləri, gələcək karyera maraqları və arzuları ilə maraqlanıb və onların müvafiq müəssisələrə işə qəbul olunması üçün aidiyyəti şöbələrə göstərişlər verib.

Görüşdə bildirilib ki, hazırda şirkət 126 tələbəni ödənişli yay təcrübəsi proqramı çərçivəsində müvəqqəti işə qəbul edib. Bu tələbələrin əksəriyyəti ARDNŞ-ın təqaüd müsabiqələrində fərqlənən tələbələrdir.

Qeyd olunub ki, ARDNŞ təqaüdçü tələbələrin nəzəri bilikləri ilə yanaşı təcrübi biliklərinin də inkişaf etməsində maraqlıdır, eyni zamanda gənc mütəxəssislərin maddi həvəsləndirilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Cari ilin sentyabr ayının sonunda isə ali təhsilin bakalavr pilləsini bitirən tələbələr diplomlarını alacaqlar. Bu məzunlar arasında da ARDNŞ-ın təqaüdçüləri var və onların əksəriyyəti Yay təcrübəsinə qəbul olunublar. Diplom alan təqaüdçü-bakalavrlar da, ötən il olduğu kimi, ARDNŞ-da müvafiq işlə təmin olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR