Bank Of Baku

Azərbaycanda yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililər söküləcək

Azərbaycanda yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililər söküləcək
# 20 iyul 2010 12:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli bildirib.

N.Yusifbəylinin sözlərinə görə, cari ilin fevral ayında enerji sistemində yaranmış problemdən sonra hökumətin tapşırığı ilə yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin siyahısı hazırlanıb. Sözügedən siyahı «Azərenerji» və hökumətə təqdim olunub.

«Bu evlərin əksəriyyəti, fikrimcə, söküləcək. Bu tikililərin mövcudluğu həm orada yaşayanların səhhəti üçün zərərlidir, həm də sistem üçün təhlükə yaradır», - deyə N.Yusifbəyli vurğulayıb.

İnstitut rəhbərinin sözlərinə görə, sistemverici xətlərin altındakı tikililərin sayı 500-ə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR