Bank Of Baku

Yaxın iki il ərzində Azərbaycanda bütün elektrik enerjisi abonentləri smart-kartlı sayğaclarla təmin olunacaq

Yaxın iki il ərzində Azərbaycanda bütün elektrik enerjisi abonentləri smart-kartlı sayğaclarla təmin olunacaq
# 20 iyul 2010 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Yaxın iki il ərzində Azərbaycanda elektrik enerjisi abonentləri tam olaraq smart-kartlı sayğaclarla təmin olunacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli bildirib.

N.Yusifbəylinin sözlərinə görə, bu günədək ölkə üzrə 1,5 mln.dan artıq smart-kartlı sayğac quraşdırılıb. Smart-kartlı sayğacların qurulmasından sonra enerji istehlakında azalma, ödənişdə isə artım müşahidə olunur.

İnstitut rəhbəri dəyişən tariflərin tətbiqi, eləcə də ölkə ərazisində enerjiyə qənaət edən lampaların istifadəsinə dair araşdırmaların aparıldığını da vurğulayıb. N.Yusifbəylinin sözlərinə görə, artıq rəhbərlik etdiyi elmi institutda test olaraq qənaətli lampalardan istifadə olunur.

Azərbaycanın enerji sistemində həyata keçirilən layihələrdən danışan N.Yusifbəyli onu da əlavə edib ki, hazırda ölkənin böyük elektrik stansiyalarında yenidənqurma işləri aparılır. Bu yaxınlarda bir neçə kiçik su elektrik stansiyasının təməli qoyulub. Gələn il isə 780 MVt gücə malik «Cənub» stansiyası istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR