Bank Of Baku

2015-ci ildə Azərbaycanda enerji istehsalı 9 min MVt-a çatdırılacaq

2015-ci ildə Azərbaycanda enerji istehsalı 9 min MVt-a çatdırılacaq
# 20 iyul 2010 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı bir neçə sahədə araşdırmalar aparıb.

«APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli bildirib.

N.Yusifbəylinin sözlərinə görə, rəhbərlik etdiyi institut Azərbaycanın dağ çaylarının kadastrını və külək kadastrını hazırlayaraq hökumətə təqdim edib. Proqramlarda ölkə ərazisində hidroenerji və külək enerjisi potensialı və bu potensialdan istifadə imkanları öz əksini tapıb.

İnstitut rəhbəri yaxın aylarda ölkə ərazisində bir neçə kiçik SES-in və külək fermasının inşasına başlanacağını da vurğulayıb.

Azərbaycanın ümumi generasiya gücünün son 5 ildə 30% artdığını qeyd edən institut rəhbəri 2015-ci ildə enerji istehsalının 9 min MVt-a çatdırılmasının hədəf olaraq qarşıya qoyulduğunu vurğulayıb. N.Yusifbəylinin sözlərinə görə, enerji sistemində effektivlilik əmsalının mövcud 40%-dən 48%-ə çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR