Bank Of Baku

İtaliyanın «Eni» şirkətinin prezidenti Azərbaycan sənaye və energetika naziri ilə görüşüb

İtaliyanın «Eni» şirkətinin prezidenti Azərbaycan sənaye və energetika naziri ilə görüşüb
# 20 iyul 2010 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev İtaliyanın «Eni» şirkətinin prezidenti Poulo Skarlini ilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin «APA-Economics»ə verdiyi məlumata görə, görüşdə «Eni» şirkətinin Azərbaycanın neft-qaz sahəsi ilə əməkdaşlığı, «Əşrəfi-Dan Ulduzu» yataqlarının işlənməsi və «Trans Xəzər» qaz kəmərinin çəkilişində iştirakı məsələsi müzakirə edilib.

Qeyd edək ki, «Eni» şirkəti bu sahədə Türkmənistanla da danışıqlar aparır. Danışıqlarda Türkmənistan qazının Xəzərin dibi ilə Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya çatdırılması əsas müzakirə obyektidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR