Bank Of Baku

Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Sənaye və Energetika Nazirliyində olub

Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Sənaye və Energetika Nazirliyində olub
# 20 iyul 2010 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Sənaye və Energetika Nazirliyində (SEN) Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi və alman sahibkarlardan ibarət nümayəndə heyətinin Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini ilə görüşü keçirilib.

SEN-in mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin «APA-Economics»ə verdiyi məlumata görə, görüşdə Azərbaycan tərəfdən SEN-in alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyinin direktor müavini Cəmil Məlikov və Almaniya nümayəndə heyətinin rəhbəri Andreas Neuman iştirak edib.

Görüşdə qonaqlara alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, alternativ və bərpa olunan enerji mənbələri Azərbaycanda perspektivli sahə hesab olunur. Bu sahənin inkişafı üçün Azərbaycanın potensial kifayət qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR