Bank Of Baku

Cari ilin I yarısında Sumqayıtda ümumi məhsul buraxılışı 240 mln. manat təşkil edib

Cari ilin I yarısında Sumqayıtda ümumi məhsul buraxılışı 240 mln. manat təşkil edib
# 22 iyul 2010 10:17 (UTC +04:00)
Sumqayıt. Məhbubə Quliyeva - APA-Economics. 2010-cu ilin birinci yarısında Sumqayıtda ümumi məhsul buraxılışı 240 mln. manat təşkil edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Sənaye müəssisələrində istehsal olunmuş məhsulların həcmi 2 dəfə artaraq 130 mln. manat olub. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 75 faizə çatıb.

Qeyd edək ki, son 7 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2,7 milyard manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR