Bank Of Baku

ARDNŞ-ın Ekologiya İdarəsi ilə “Qrunt Geo” şirkəti arasında müqavilə imzalanıb

ARDNŞ-ın Ekologiya İdarəsi ilə “Qrunt Geo” şirkəti arasında müqavilə imzalanıb
# 22 iyul 2010 11:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi ilə «Qrunt Geo» şirkəti arasında «Kompleks laboratoriya xidmətlərinin göstərilməsi və təhlillərin aparılması barədə» müqavilə imzalanıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu müqavilə 2012-ci ilə qədər qüvvədə olacaq.

Müqaviləyə əsasən, Kompleks Tədqiqatlar Laboratoriyası «Qrunt Geo Ltd» şirkətinin sifarişi əsasında içməli suyun tam tərkibini müəyyən etmək, insan orqanizminə müsbət və mənfi təsirini müəyyənləşdirmək məqsədilə orqanoleptik parametrlər, sensor və fiziki-kimyəvi parametrlər, anionlar, kationlar, radionuklidlər, ağır metallar, mikrobioloji parametrlər və təhlükəli kimyəvi maddələr üzrə kimyəvi təhlillər aparacaq.

Tədqiqat işlərinin nəticələrinə əsasən, içməli suyun kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən edilərək, istifadə olunacaq suyun insan sağlamlığına təsiri öyrəniləcək.

Qeyd edək ki, Kompleks Tədqiqatlar Laboratoriyası beynəlxalq standartların tələblərinə cavab verən, aparıcı şirkətlərinin cihaz və avadanlıqları ilə təchiz olunmuş bir qurumdur. Laboratoriya müasir üsullarla bir çox mürəkkəb fiziki-kimyəvi təhlillər aparmaq imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR