Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edilib
# 23 iyul 2010 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli fərmanı ilə Dövlət Neft Fondunun (ARDNF) 2010-cu il üçün büdcəsinə dəyişikliklər edilib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, fərmana uyğun olaraq cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, eyni zamanda 2010-cu il üçün dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar ARDNF-ın büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, Neft Fondunun 2010-cu il büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərlə bağlı gəlir maddəsi 5 564 476,9 min manatdan 8 615 782,1 min manata qədər, Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərlə bağlı gəlir maddəsi 241 936,0 min manatdan 250 002,7 min manata qədər artırılıb, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərlə bağlı 9 640,8 min manat məbləğində gəlir maddəsi əlavə edilib.

Həmçinin ARDNF-dan dövlət büdcəsinə transfertlə bağlı xərc maddəsi 4 915 000,0 min manatdan 5 915 000,0 min manata qədər artırılıb və müvafiq olaraq Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin ümumi həcmi 5 963 126,7 min manatdan 9 032 139,4 min manata qədər, xərcləri 5 428 431,2 min manatdan 6 428 431,2 min manata qədər artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR