Bank Of Baku

“Azərenerji” ASC qışa hazırlıq işlərinə başlayıb

“Azərenerji” ASC qışa hazırlıq işlərinə başlayıb
# 23 iyul 2010 15:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azərenerji” ASC artıq qışa hazırlıq məqsədilə enerji təsərrüfatlarında təmir-bərpa işlərinə başlayıb.

“Azərenerji”nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda bu tədbirlər çərçivəsində Mingəçevir şəbəkə rayonunda təmir-bərpa işləri aparılır. Belə ki, digər enerji obyektləri kimi burada da payız-qış mövsümünə hazırlıq məqsədi ilə müvafiq tədbirlər planı icra edilir.

Şəbəkə rayonunda 110/ 35 kV-lik “Şəhər” yarımstansiyasındakı 10 kV-lik yağ açarından ikisi əsaslı, üçü isə cari təmir edilərək normal iş rejiminə gətirilib. Bundan başqa, 110/6 kV-lik “Azərbaycan İES” yarımstansiyasnda 10 MVA-lıq transformatorun və 6 kV-lik iki ədəd yağ açarının təmiri başa çatdırılıb.

Qeyd edək ki, analoji işlər 35/6 kV-lik “Karxana” yarımstansiyasında da həyata keçirilib. Burada bir ədəd 35 kV-lik, iki ədəd isə 6 kV-lik yağ açarları cari təmir edilib. Mingəçevir şəhərinin enerji təchizatı sisteminin təkmilləşdirilməsi istiqamətində digər təmir işləri də həyata keçirilib.

Məsələn, 10/04 kV-lik iki transformator cari təmiri, 6 kV-lik hava xətlərinin 2 kilometrə yaxın hissəsinin əsaslı və cari təmiri bu qəbildən olan işlər sırasına daxildir.
Bununla yanaşı, zədələnmiş sayğacların yeniləri ilə əvəz edilməsi işləri də aparılıb və müxtəlif sayda smart-kart tipli yeni sayğaclar quraşdırılıb.

Qeyd edək ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda enerji haqlarının normal qaydada ödənilməsində mühüm rol oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR