Bank Of Baku

“SOCAR-TURCAS” şirkətinə Türkiyədə neft emalı zavodunun inşasına dair lisenziya verilib

“SOCAR-TURCAS” şirkətinə Türkiyədə neft emalı zavodunun inşasına dair lisenziya verilib
# 24 iyul 2010 07:57 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən “SOCAR-TURCAS” Birgə Müəssisəsinin icraçı direktoru və “Petkim” İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib ki, yeni Ege Neft Emalı Zavodu “SOCAR-TURCAS” tərəfindən idarə olunan “Petkim” neft-kimya kompleksinin Əliağa rayonunda (İzmir) yerləşən istehsalat ərazisində inşa olunacaq və Türkiyə sənayesinin inkişafında mühüm rol oynayacaq: “Müasir texnologiyalara uyğun yaradılacaq bu zavod ildə 10 milyon ton neft emal etmək gücünə malik olacaq. Yeni zavodun tikintisi dövründə burda 7-10 min, fəaliyyətə başladıqdan sonra isə min nəfər çalışacaq”.

K. Yavuz əlavə edib ki, lisenziyanın alınması ilə Əliağada inşa edilməsi planlaşdırılan yeni neft emalı zavodu layihəsi ilə əlaqədar işlər artıq növbəti mərhələyə qədəm qoyur və bu mərhələdə də plana uyğun şəkildə uğurla davam etdiriləcək.

Tədbirdə çıxış edən EPDK-nın rəhbəri Hasan Göktaş deyib ki, lisenziyanın alınması üçün quruma 2008-ci ilin dekabrında müraciət edilib və aparılan araşdırmalardan sonra “SOCAR-TURCAS” Birgə Müəssisəsinə müvafiq lisenziya verilib.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə Azərbaycan-Türkiyə əlaqələrindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan geniş bəhs edib, iki ölkənin strateji müttəfiq olduğu sahələrdən ətraflı danışıb. Çıxışının sonunda T. Yıldız Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun müvafiq lisenziyasını ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim edib.

R. Abdullayev öz növbəsində “Petkim”in nəzdində emal zavodunun inşasının bu kompleksin xammal kimi istifadə etdiyi neft emalı məhsulları ilə təminatında ciddi irəliləyişə təkan verəcəyini vurğulayıb: “Digər tərəfdən, zavodda istehsal olunacaq məhsullar Türkiyə bazarında reallaşdırılacaq. Bu layihə tezliklə Azərbaycan və Türkiyənin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə öz töhfəsini verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR