Bank Of Baku

Azərbaycan gələn ay Vyetnama neft ixracına başlayır

Azərbaycan gələn ay Vyetnama neft ixracına başlayır
# 27 iyul 2010 09:32 (UTC +04:00)
«APA-Economics»in bildirdiyinə görə, bu barədə Vyetnam Neft və Qaz Şirkətlər Qrupu - «PetroVietnam» məlumat yayıb.

Şirkətin məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əldə olunmuş razılaşmaya əsasən, Azərbaycandan ilkin mərhələdə ildə təxminən 408 837 barel «Azeri Light» markalı neft idxal olunacaq. Azərbaycan nefti Vyetnamın Dung Quat neftayırma zavodunda emal ediləcək.

«PetroVietnam» BP şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, Malayziyanın «Miri» yatağından hasil olunan neftin də bir hissəsini alacaq.

Qeyd edək ki, cari ilin aprel ayının 8-də ARDNŞ və «PetroVietnam» arasında əməkdaşlığa dair memorandum, ARDNŞ-in Asiya ölkələri üzrə treydinq şirkəti «SOCAR Trading Singapur» ilə «PetroVietnam» arasında Azərbaycan xam neftinin Vyetnama satışına dair uzunmüddətli müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR