Bank Of Baku

Hindistan Azərbaycan neftinin idxalında maraqlıdır

Hindistan Azərbaycan neftinin idxalında maraqlıdır
# 27 iyul 2010 17:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Hindistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou jurnalistlərə açıqlamasında bildirib: «Hindistan hökuməti xam neftin alınması ilə bağlı Azərbaycan hökumətinə təkliflərini təqdim edib».

D.Şou deyib ki, Hindistan hökuməti Azərbaycanın xam neftinin alınması üçün uzunmüddətli müqavilə bağlamaq niyyətindədir: «Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 2008-ci ildə 2 milyard ABŞ dolları təşkil edib. Bunun da böyük hissəsi xam neftin alınması ilə bağlıdır. Lakin 2009-cu ildə ticarət dövriyyəsi kəskin azalaraq 322 milyon dollar olub. Artıq 2010-cu ilin may ayına qədər ticarət dövriyyəsi 261 milyon dollar olub. Ümid edirik ki, əgər belə müqavilə bağlanarsa iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR