Bank Of Baku

Azərbaycan «Neft Daşları» yatağında daha bir neft quyusunu istismara verib

Azərbaycan «Neft Daşları» yatağında daha bir neft quyusunu istismara verib
# 28 iyul 2010 07:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyulun 27-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Neft Daşları» yatağındakı 1887 saylı meydançadan 2271 nömrəli quyu yüksək debitlə istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, 2635 metr dərinliyə qazılmış quyudan 2570-2590 metr intervalda - Qirməkiüstü lay dəstəsindən gündəlik 65 ton neft hasil edilir.

Quyuda qazma işlərinə aprelin 18-dən başlanıb. Quyunun qazılması Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 1887 saylı meydançada ilk quyunun qazılmasına 6 sentyabr 2006-cı ildə başlanıb. Bu günədək 22 quyu qazılaraq istismara daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR