Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda daha üç yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda daha üç yanacaqdoldurma məntəqəsi açıb
# 29 iyul 2010 15:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda «SOCAR» brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirmək çərçivəsində iyulun 29-də Tiflis şəhərində iki, Kutaisi rayonunun Kvitiri qəsəbəsində isə bir yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, «SOCAR Georgia Petroleum» MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri, «SOCAR Energy Georgia»nın baş direktoru Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan hökuməti və ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə bildirilib ki, yeni məntəqələrin istismara buraxılması ilə Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin ümumi sayı 40-a çatıdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR