Bank Of Baku

Abşeronda neftlə çirklənmiş torpaqların dozimetrik ölçülərin aparılmasına başlanılıb

Abşeronda neftlə çirklənmiş torpaqların dozimetrik ölçülərin aparılmasına başlanılıb
# 30 iyul 2010 06:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Ekologiya İdarəsi ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu Abşeron yarımadasının neft və neft məhsulları ilə çirklənmiş sahələrində dozimetrik ölçülərin aparılması, torpaqda onurğasızların sayının və növ tərkibinin öyrənilməsi istiqamətində birgə elmi tədqiqat işlərinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

«Azneft» İstehsalat Birliyinin «Bibiheybətneft» və Ə.Əmirov adına Neft və Qaz Çıxarma İdarələrinin ərazilərindən götürülmüş nümunələrdə onurğasızlardan mezafauna üzrə 6, mikrofauna üzrə isə 2 dəstənin nümayəndələri aşkar edilib. Qeyd edilən tədqiqat işlərinin davamı olaraq bu günlərdə ARNDŞ-in Ekologiya İdarəsinin və Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən «Suraxanı Oil Company» ərazisində neftlə çirklənmiş ərazilərdə dozimetrik ölçmə işləri aparılıb və torpaq nümunələri götürülüb. Neftlə çirklənmiş torpaq nümunələri laboratoriya şəraitində tədqiq olunacaq, ərazidəki onurğasızlarının sayı və növ tərkibi öyrəniləcək. Tədqiqat işlərinin nəticələrinə əsasən neftlə çirklənmiş ərazilərdə torpaqların bioloji rekultivasiyası üçün təkliflərin hazırlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR