Bank Of Baku

Azərbaycan son bir ildə xam neft ixracını 14% artırıb

Azərbaycan son bir ildə xam neft ixracını 14% artırıb
# 30 iyul 2010 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan ümumi dəyəri 8 787 770,2 min ABŞ dolları təşkil edən 15 305 353,4 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycan neft ixracatını 13,5% artırıb. İxrac olunmuş xam neftin dəyərində isə 88,7% artım olub.

Xam neftin 1 048 751 tonu Bakı-Novorossiysk, 2 169 573,6 tonu Bakı-Supsa, 17 221 475,3 tonu isə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac olunub. Həmçinin, 620 665,6 ton xam neft dəmir yolu vasitəsi ilə yola salınıb.

Xam neft tam şəkildə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR