Bank Of Baku

Azərbaycan I yarımillikdə qaz ixracını 70% artırıb

Azərbaycan I yarımillikdə qaz ixracını 70% artırıb
# 30 iyul 2010 11:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 856 144,5 min kubmetr həcmində təbii qaz satıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaricə satılmış təbii qazın dəyəri 146 580,8 min ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi 1,7 dəfə, dəyəri isə 1,6 dəfə artıb.

Qeyd edək ki, hazırda Azərbaycan Rusiya, İran, Gürcüstan, Türkiyə və Türkiyə üzərindən Yunanıstana təbii qaz ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR