Bank Of Baku

ARDNŞ-də xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Müsabiqə Komissiyanın iclası olub

ARDNŞ-də xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Müsabiqə Komissiyanın iclası olub
# 31 iyul 2010 08:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Müsabiqə Komissiyanın iclası olub. ARDNŞ-dən APA-ya verilən məlumata görə, iclasda xarici universitetlərə qəbul olunmuş və ARDNŞ-nin Təqaüd Proqramında iştirak etmək üçün müraciət edən gənclərlə müsahibə keçirilib.

İclasda bildirilib ki, bu dəfə komissiyaya müraciət edən iddiaçı tələbələrin sayı 14 nəfərdir. Onlardan 6-sı iqtisadiyyat ixtisasları, 4-ü kompüter mühəndisliyi, 1-i geologiya mühəndisliyi, 1-i neft mühəndisliyi, 1-i kimya mühəndisliyi, 1-i isə insan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsillərini Avropanın yüksək reytinqli ali təhsil müəssisələrində davam etdirmək niyyətindədirlər. Xarici universitetlərə qəbul olunmuş tələbələrdən 5 nəfəri bakalavr, 9 nəfəri isə magistr pilləsi üzrə təhsil almaq məqsədi ilə ARDNŞ-nin Təqaüd Proqramına müraciət edib.

Qeyd edək ki hazırda ARDNŞ Təqaüd Proqramına əsasən 41 gəncin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və Avropanın aparıcı universitetlərində təhsili maliyyələşdirilir. Bu ildən isə daha 38 nəfərin təhsil haqqı Təqaüd Proqramı hesabına ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR