Bank Of Baku

Azərbaycanda kosmik sənayenin inkişafını nəzərdə tutan 4 illik proqramın yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir

Azərbaycanda kosmik sənayenin inkişafını nəzərdə tutan 4 illik proqramın yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir
# 31 iyul 2010 08:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hökuməti tərəfindən yaxın vaxtlarda kosmik sənayenin inkişafını nəzərdə tutan 4 illik proqramın təsdiqlənməsi gözlənilir. Nazirlər Kabinetindən APA-ya daxil olan məlumata görə, 2014-cü ilə qədərki dövrü əhatə edəcək proqramla bağlı müvafiq strukturların rəyi toplanıb və hazırda sənəd son baxılma mərhələsindədir.

Proqram Azərbaycan prezidentinin 2009-cu ildə təsdiq etdiyi «Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı» çərçivəsində Müdafiə Sənayesi Nazirliyi və adıçəkilən nazirliyin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentlik (MAKA) tərəfindən hazırlanıb. Sənəddə kosmik sənayenin yaradılma yolları, avadanlıqların istehsalı, kadrların hazırlanması, kosmik təhlükəsizliyin təmin olunması kimi çoxsahəli fəaliyyətlər əksini tapıb.

Qeyd edək ki, bir müddət əvvəl MAKA-nın direktoru Alçın Şirinzadə APA-ya müsahibəsində belə bir proqram hazırlandığını və proqramda nəzərdə tutulan işlərə məsafədən zondlama peykinin orbitə çıxarılması ilə birlikdə ümumilikdə 500 mln. manat investisiya tələb olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR