Bank Of Baku

ARDNŞ İraqda layihələr həyata keçirəcəyi barədə məlumatları təkzib edir

ARDNŞ İraqda layihələr həyata keçirəcəyi barədə məlumatları təkzib edir
# 31 iyul 2010 11:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi yerli KİV-lərdə şirkətin İraqda layihələr həyata keçirəcəyinə dair yayılan məlumatları təkzib edib. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya açıqlamasında bildirib ki, Dövlət Neft Şirkətinin İraqda neft-qaz, eləcə də digər sahələrdə layihələr həyata keçirmək niyyəti yoxdur: “ARDNŞ yaxın gələcəkdə də İraqda hər hansı layihə həyata keçirməyi planlaşdırmır”.

Qeyd edək ki, Azərbaycanın bəzi KİV-ləri ARDNŞ-in İraqın şimalında – Mosul və Kərkük şəhərlərində neft-qaz layihələrində iştirak edəcəyinə dair məlumat yayıb. Məlumatlarda şirkətin İraqda sosial layihələrə qatılacağı da vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR