Bank Of Baku

«DHT Metal» Azərbaycan iqtisadiyyatına daha 200 mln. dollar sərmayə yatıracaq

«DHT Metal» Azərbaycan iqtisadiyyatına daha 200 mln. dollar sərmayə yatıracaq
# 02 avqust 2010 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «DHT Metal» Azərbaycan-Türkiyə birgə müəssisəsi Azərbaycanda yeni əymə sobanın tikintisi layihəsinin icrasına 200 mln. ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu «DHT Metal»ın əsas təsisçisi olan «DHT Holding»in rəhbəri Dağıstan Turanlı bildirərək qeyd edib ki, yaradılması nəzərdə tutulan istehsal sahəsinin illik buraxılış gücü 450 min ton təşkil edəcək.

«APA-Economics» BNE portalına istinadən (www.businessneweurope.eu) xəbər verir ki, yeni istehsalat üçün neft-qazma platformalarının qalıqları və Xəzər dənizinin dibindən çıxarılan sualtı metal qalıqları istifadə olunacaq.

Qeyd edək ki, «DHT Metal» Azərbaycanda 1995-ci ildən polad məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR