Bank Of Baku

Etilen-Polietilen Zavodunun əsaslı təmiri çərçivəsində məşəl qülləsində təmirə başlanılıb

Etilen-Polietilen Zavodunun əsaslı təmiri çərçivəsində məşəl qülləsində təmirə başlanılıb
# 02 avqust 2010 13:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyi Etilen-Polietilen Zavodunun əsaslı təmiri çərçivəsində müəssisədəki EP-300 kompleksinin mühüm qurğularından birində - məşəl qülləsində təmir işlərinə başlanıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

EP-300 kompleksində gedən texnoloji proseslər zamanı alınan müxtəlif tullantı qazların yandırıldığı məşəl qülləsinin hündürlüyü 125 metrdən artıqdır. Qüllənin yuxarı hissələrində aparılacaq əsaslı təmir zamanı sıradan çıxmış qazneytrallaşdırıcı buxar borularının hissə-hissə kəsilməsi, yenisi ilə əvəz olunaraq qaynaqlanması, qülləyə verilən buxar itkisinin və bununla da atmosferə atılan yanmamış tullantı qazların qarşısının alınması məqsədi ilə həmin boruların izolyasiyası, qaz və texnoloji xətlərin ayrı-ayrı hissələrinin bərpası, nəqletmə borularının dayaq yerlərinin daha etibarlı şəkildə bərkidilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR