Bank Of Baku

Kulevi Qara Dəniz Terminalı neftin qəbulunu artırıb

Kulevi Qara Dəniz Terminalı neftin qəbulunu artırıb
# 03 avqust 2010 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalı 2010-cu ilin iyul ayı ərzində 409 778 ton neft və neft məhsulları qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İyulda qəbul edilən neft və neft məhsullarının həcmi iyun ayına nisbətən 4% çox olub. Hesabat ayında həmçinin terminal vasitəsi ilə 407 982 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib.

Cari ilin yanvar-iyul aylarında isə Kulevi Neft Terminalında neft və neft məhsullarının qəbulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 65%, ümumi yükdaşımanın miqdarı isə 55% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR