Bank Of Baku

Gürcüstanda daha iki «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda daha iki «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb
# 03 avqust 2010 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin «SOCAR» brendi altında fəaliyyət göstərən yeni iki yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, yanacaqdoldurma məntəqəsinin biri Batumi şəhərinin girişində, digəri isə çıxışında – Gürcüstan-Türkiyə sərhədinə gedən yolda açılıb.

«SOCAR Georgia Petroleum» MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri, «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşolamadze iştirak ediblər. Tədbirdə bildirilib ki, yeni məntəqələrin istismara buraxılması ilə Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin ümumi sayı 42-yə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR