Bank Of Baku

Azərbaycan iyulda Novorossiysk limanından neft ixracını 29% artırıb

Azərbaycan iyulda Novorossiysk limanından neft ixracını 29% artırıb
# 04 avqust 2010 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin iyul ayında Rusiyanın Novorossiysk limanından 216 078 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İdarə Novorossiysk limanından ixrac etdiyi xam neftin həcmini iyun ayı ilə müqayisədə 28,6% artırıb. Cari ilin yanvar-iyul ayları ərzində həmin istiqamətdə 1 261 702 ton xam neft ixrac edilib.

İyul ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 75,64 dollara, Ural nefti – 73,80 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 76,24 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR