Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bir neçə dəniz neft-qaz yataqlarında ekoloji tədqiqat işləri aparıb

Azərbaycan Dövlət Neft Şirkəti bir neçə dəniz neft-qaz yataqlarında ekoloji tədqiqat işləri aparıb
# 04 avqust 2010 14:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən «Abşeronneft» NQÇİ-nin istismarında olan «Gürgan-Dəniz», «Qərbi Abşeron», «Abşeron bankası» neft-qaz yataqlarında «MPK-452» tədqiqat gəmisi vasitəsilə ekoloji tədqiqat işləri aparılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ekspedisiyanın məqsədi yataqların ərazilərində ətraf mühitin mövcud vəziyyətinin monitorinqini həyata keçirməklə, istismar müddətində həmin ərazilərdə baş vermiş ekoloji dəyişiklikləri öyrənmək, antropogen təsirin dərəcəsini müəyyənləşdirmək, flora və faunaya göstərilən təsirləri, dəniz canlılarının say və növ müxtəlifliyində dəyişikliklərin dinamikasını müəyyənləşdirməkdir. İlkin monitorinq zamanı dənizin dib çöküntülərindən, müxtəlif dərinliklərdən kimyəvi təhlillər üçün 21 su, 11 qrunt, mikrobioloji təhlillər üçün - 12, fitoplankton təhlilləri üçün - 11, zooplankton təhlilləri üçün – 11, bentos təhlillər üçün - 15 nümunə götürülüb. Həmçinin axınların sürəti və istiqaməti ölçülüb. Hazırda nümunələr Kompleks Tədqiqat Laboratoriyasında təhlil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR