Bank Of Baku

Ankarada «Nabucco» layihəsinin dəstəklənməsinə dair anlaşma imzalanacaq

Ankarada «Nabucco» layihəsinin dəstəklənməsinə dair anlaşma imzalanacaq
# 05 avqust 2010 07:34 (UTC +04:00)
«APA-Economics»in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, müqaviləni layihə iştirakçısı olan Türkiyə, Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstanın müvafiq nazirləri imzalayacaqlar.

Məlumata görə, imzalanma mərasiminin iyulun 30-da keçirilməsi planlaşdırılsa da, iştirakçı nazirlərin iş qrafiklərinə görə tədbirin vaxtı dəyişdirilib. Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, layihə üzrə tədarüklə bağlı problemlərin bu il ərzində, maliyyələşmə məsələlərinin isə 2011-ci ilin ilk aylarında həll edilməsi planlaşdırılır.

Məlumatda o da bildirilir ki, «Nabucco»nun səhmdarları hazırda Azərbaycan və İraqla yanaşı Türkmənistan və Qazaxıstandan da qaz tədarük edilməsi üçün bu ölkələrlə danışıqlar aparırlar. Bu danışıqlar baş tutarsa, kəmərin uzunluğu ilk planlaşdırılan 3 300 km-dən 4 min km-ə qədər uzadılacaq. Bu da öz növbəsində layihənin 10% bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR