Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti iyulda 11,9 min metr qazma işi həyata keçirib

Azərbaycan Dövlət Neft Şirkəti iyulda 11,9 min metr qazma işi həyata keçirib
# 06 avqust 2010 06:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 886 metr qazma işi həyata keçirib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9 946 metri istismara, 1 940 metri kəşfiyyata, həyata keçirilmiş kəşfiyyat qazmasının isə 379 metri isə struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83 260 metr qazma işi görülüb ki, bunun da 79 406 metri istismara, 3 854 metri kəşfiyyata (o cümlədən, 841 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR