Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il «Günəşli» yatağında daha 3 quyu istismara verəcək

Azərbaycan Dövlət Neft Şirkəti bu il «Günəşli» yatağında daha 3 quyu istismara verəcək
# 06 avqust 2010 07:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi «Günəşli» yatağında qazma işləri aparır.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda 6-cı Dərin Dəniz Özülündən Qirməki Altı Lay Dəstəsinə qazılan layihə dərinliyi 3850 metr olan 70 nömrəli quyuda qazma gedişi artıq 3 090 metrə çatıb. Həmçinin 10-cu Dərin Dəniz Özülündən Qirməki Altı Lay Dəstəsinə qazılan layihə dərinliyi 3830 olan 50 nömrəli quyu isə 2802 metr dərinliyə çatdırılıb. Yataqdakı 19-cu Dərin Dəniz Özülündə Qala Lay Dəstəsinə qazılan layihə dərinliyi 3850 metr olan 69 nömrəli quyuda isə qazma işləri 3 min metrdə aparılır. Geoloqların hesablamalarına görə, istismara verildikdən sonra maili istiqamətləndirilmiş bu quyuların hər birinin gündəlik hasilatı 40 ton neft, 250 min kubmetr qaz təşkil edəcək.

Qeyd edək ki, «28 May» adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılan quyuların bu il ərzndə təhvil verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR